Bu gün həm də Beyləqan rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Dünyamin Ramin oğlu Tağızadənin Anım Günüdür.
Onun torpağa tapşırılmasından 3 il keçir.
Etikxeber.az-ın xəbərinə görə, əslən Şuşalı olan Dünyamin Tağızadə 2001-ci ilin yanvarın 21-də Beyləqan rayonunda, Günəş qəsəbəsində dünyaya gəlib.
Ailədə iki övlad, iki qardaş olublar.
2007-ci ildə Beyləqan rayonunda 6 saylı məktəbin birinci sinfinə gedib, orada 9 il oxuduqdan sonra təhsilini Füzuli rayonundan olan məcburi köçkün uşaqların təhsil aldığı 22 saylı məktəbdə davam etdirib.
2018-ci ildə orta məktəbi bitirdikdən sonra Göyçayda rayonunda yerləşən Kollecə daxil olub və orada 4 ay təhsil aldıqdan sonra Dünyamin Əsgərliyə çağırılıb, 2019-cu ilin yanvarında Vətənə xidmət borcunu yerinə yetirməyə yollanıb.
1 il 6 aydan sonra, 2020-ci ilin iyulunda hərbi xidmətdən təxris olunaraq, evinə, ailəsinə dönüb.
Cəmi 2 ay 22 gün sonra, İkinci Vətən Müharibəsi başlayan gün, sentyabrın 27-də Vətənin müdafiəsinə yollanıb.
Və Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edən Dünyamin Tağızadə sentyabrın 30-da qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına yüksəlib.
Nəşi oktyabr ayının 2-də Beyləqan rayonunda torpağa tapşırılıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları təltif olunub.
Dünyamin həm subay olub, həm də anası Ziyafət xanım tərəfindən təkbaşına böyüdülüb.
Məkanı cənnətlik, məqamı Uca olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az