Əbədiyyətə uğurlanmasından 3 il keçir-BU GÜN SAATLI RAYONUNDAN OLAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏXAVƏT TALIBZADƏNİN ANIM GÜNÜDÜR…

Bu gün Saatlı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səxavət Zeyniş oğlu Talıbzadənin Anım Günüdür.

Onun Əbədiyyətə uğurlanmasından üç il keçir.

Etikxeber.az xəbər verir ki, Səxavət Talıbzadə 1998-ci ilin yanvarın ayının 1-də, Yeni ilin ilk günündə-Saatlı rayonunun Qaracalar kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri, həm də evin sonbeşiyi idi…

Səxavət 2004-2015-ci illərdə Qaracalar kənd tam orta məktəbində oxuyub və 2015-ci ildə Bakı Dəniz Balıq Sənayesi Kollecinə daxil olub…

Həmin kolleci iki il oxuduqdan sonra hərbi xidmətə, Əsgərliyə yollanıb, Mingəçevir və Tərtər istiqamətlərində yerləşən “N” saylı hərbi hissələrdə qulluq edib…

Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb və 2019-cu ildən Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb…

 2020-ci ilin 27 sentyabrında İkinci Vətən Müharibəsinə qatılıb…

Şərəfli döyüş yolu 6 gün çəkib…

Axırıncı dəfə ailəsi ilə oktyabrın 2-də danışıb və elə həmin gün Suqovuşanda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi ayın 3-də ailəsinə təhvil verilib və bir gün sonra, oktyabrın 4-də isə Qaracalar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

O, həm də Qaracalar kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

Qaracalar kəndində adını daşıyan küçə var…

Ailəsi isə Qaracalar kənd məktəbinə övladlarının verilməsini istəyir…

Özündən böyük, ailəli, 3 övlad atası, hərbçi, həm də İkinci Vətən Müharibəsi iştirakçısı olan qardaşı və tək bacısı ailəli olsa da, Səxavət subay olub.

Anım Günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha bir Vətən sevdalısı, daha bir İkinci Vətən Müharibəsi iştirakçısı ailə həyatı qurdu-ŞƏHİD AİLƏLƏRİNİN, QAZİLƏRİN İŞTİRAKI İLƏ “ÇIRAQ PALACE”-DƏ GÖZƏL BİR TOY MƏCLİSİ DÜZƏNLƏNDİ – YENİLƏNİB – (5)

Read Next

“Yırtıcı” ləqəbli Xüsusi Təyinatlı-ƏLİ SEYİDOVUN ŞƏHİDLİYİNDƏN ÜÇ İL KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir