Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Yusif oğlu Əşrəfovun Anım Günüdür.
Məhəmməd Əşrəfovun bu gün Əbədiyyətə uğurlanmasından üç il ötür.
Anım günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Veyisli kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.
Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasim keçiriləcək, adına ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar oxunacaq.
Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin valideynləri-anası Xoşbəxt xanım, atası Yusif kişi, qohumları, yaxınları, Goranboy və Naftalanlı Şəhid ailələri, din xadimləri, müəllimlər, məktəblilər, hərbçilər, Goranboy rayon İcra Hakimiyyətinin məsul işçiləri və digər şəxslər iştirak ediləcəklər.
Etikxeber.az-ın xəbərinə görə, Xoşbəxt və Yusif Əşrəfovların tək oğlu, tək övladı olan Məhəmməd Əşrəfov 2002-ci ilin 9 aprel tarxində Goranboy rayonunun Veyisli kəndində dünyaya gəlib.
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun-6 ayın Əsgəri kimi iştirak edib.
İkinci Qarabağ Savaşı zamanı-oktyabr ayında Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi günlər sonra, oktyabr ayının 30-da Veyisli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Məhəmməd həm də Veyislinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biri olub.
O, həm də subay idi.
Veyisli kəndində adını daşıyan küçə var.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





