Əbədiyyətə uğurlanmasından üç il keçən “Azərbaycan Bayrağı” ordenli Ramiq Mikayılov-BU GÜN ONUN ANIM GÜNÜDÜR…

İkinci Vətən Müharibəsi Şəhidlərindən olan əslən Şamaxılı-ailənin 3 övladından biri, bir övlad atası, ali təhsilli və peşəkar hərbçi, Qərargah rəisi, Baş leytenant, “Azərbaycan Bayarağı” ordenli Ramiq Mikayılovun bu gün Anım Günüdür.

Onun Əbədiyyətə uğurlanmasından üç il keçir.

Etikxeber.az xəbər verir ki, Ramiq Mikayılov 1993-cu ilin yanvar ayının 25-də Şamaxı rayonunun Ovçulu kəndində dünyaya gəlib.

Ailənin 3 övladından-2 qardaşdan biri idi.

Heydər Əliyev adına Ali Hərbi məktəbi bitirib, ali təhsilli, peşəkar hərbçi olub.

Peşəkar hərbçi kimi Azərbaycan Ordusunda fəaliyyət göstərib, Qərargah rəisi olub, Baş leytenant hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsi zamanı isə sentyabrın 30-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi bir gün sonra, oktyabrın 1-də Ovçulu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla, o cümlədən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ailəli olub, bir övladı-oğlu Vətənə əmanət qalıb.

Qeyd edək ki, Əbədiyyətə uğurlanmasının üçüncü ili, Anım Günü ilə bağlı bu gün Sabunçu Gənclər Evində tədbir düzənlənəcək.

Tədbirdə Şəhidin anası, qardaşı, digər yaxınları, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar və digər şəxslər iştirak edəcəklər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Türkiyə vətəndaşlarına qarşı Ermənistanın etnik nifrəti ciddi təhdid mənbəyidir”-XİN

Read Next

3 il öncə-1 oktyabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanan – ŞƏHİD-“QARABAĞ” ORDENLİ, POLKOVNİK-LEYTENANT MEHMAN QƏMBƏROV VƏ ŞƏHİD-HƏM APREL DÖYÜŞLƏRİNİN, HƏM DƏ İKİNCİ QARABAĞ SAVAŞININ İŞTİRAKÇISI, 9 İLİN HƏRBÇİSİ SƏBUHİ MƏMMƏDOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir