Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Yaqub İlham oğlu Yaqubovun Anım Günüdür.
Yaqub Yaqubovun bu gün Əbədiyyətə uğurlanmasından üç il ötür.
Etikxeber.az xəbər verir ki, Yaqub Yaqubov Bərdə rayonunun Kələntərli kəndində, 1997-ci ilin 1 iyun tarixində,ziyalı ailəsində dünyaya gəlib.
Ailənin üç övladından-iki qardaşdan biri olub.
Qardaşı və bacısı ailəlidirlər.
2003-2014-cü illərdə Bərdə rayon İlqar Abbasov adına Kələntərli kənd tam orta məktəbində təhsil alıb.
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2015-ci ildə həqiqi hərbi xidmətə yollanıb və 2017-ci ildə Əsgərliyini başa vuraraq, ailəsinə dönüb.
Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb və döyüş yolu 18 gün çəkib.
Axırıncı dəfə ailəsi ilə oktyabrın 14-də danışıb və elə həmin gün-oktyabr ayının 14-də Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 39 gün sonra tapılıb, ailəsinə təhvil verilib, noyabr ayının 22-də Kələntərli kəndinin Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
23 yaşında Şəhidlik məqamına ucalan Yaqub subay olub.
Yaqub həm də Kələntərli kəndinin beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Yeznəsi, Tovuzlu, 3 medallı Əhməd Azad oğlu Əliyev də İkinci Vətən Müharibəsinin iştirakçılarından olub və hazırda üçüncü qrup (ömürlük) müharibə, Qarabağ əlilidir.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




