Əbədiyyətə uğurlanmaslndan beş il ötən, bu gün Anım Günü olan-UCARLI ŞƏHİD FƏRZALI FƏRZƏLİYEV… – FOTOLAR

Bu gün Ucar rayonundan olan Şəhid Fərzalı Fərzəliyevin Anım Günüdür.

Fərzalı Əlimövsüm oğlu Fərzəliyevin Əbədiyyətə uğurlanmasından beş il ötür.

Etikxeber.az xəbər verir ki, bu gün-8 yanvar 2025-ci il tarixində Şəhidin Anım Günü ilə bağlı Alpı kənd qəbiristanlığında məzarı ziyarət olunub.

Ucarlı Şəhid ailələri, Qazilər, rayon rəsmləri və ictimaiyyət nümayəndələri Şəhidin məzarını ziyarət ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Eyni zamanda, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Həmçinin, çıxışlar olunub.

Çıxışlarda Şəhidin 20 illik qısa, lakin şərəfli ömür yolundan söz açılıb.

Sonra şagirdlərin ifasında Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Qeyd edək ki, Fərzalı Fərzəliyev 11 avqust 2000-ci il tarixində Ucar rayonunun Alpı kəndində anadan olub.

Ailənin üç övladından, iki qardaşdan biri evin sonbeşiyi olub.

2007-ci ilin sentyabr ayında Ucar rayonu A.Abdullayev adına Alpı kənd tam orta məktəbin I sinfinə gedib və 2016-cı ildə həmin məktəbin ümumi orta təhsil səviyyəsini (IX sinfi) bitirib.

2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində qulluq edib.

2020-ci ilin yanvar ayının 7-də Qazax rayonun Quşçu Ayrım kəndi istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən düşmən snayperindən açılan atəş nəticəsində Şəhidlik zirvəsinə ucalıb.

Nəşi bir gün sonra-yanvarın 8-də Alpı kənd qəbristanlığında torpağa tapşırılıb.

O, həm də nişanlı idi.

Məkanı cənnət olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ölkəmiz İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir…”-PREZİDENT – FOTO

Read Next

“Bir gün dedi ki, əgər müharibə olsa, döyüşə girsəm, sonacan, Şəhid olana kimi vuruşacağam…”-KÜRDƏMİRLİ, CƏMİ 18 YAŞLI ANTİTERROR ŞƏHİDİ, 10 YANVAR 2025-Cİ İL TARİXİNDƏ CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ OLAN MURAD BƏXTİYAR OĞLU EYYUBOVUN ANASI ŞAHNAZ EYYUBOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir