Əczaçılıq şirkəti 60-dan çox müxtəlif dərman maddələrini bazardan çıxarır

Çexiya paytaxtında dərman maddələri buraxan “Zentiva” əczaçılıq şirkəti 60-dan çox müxtəlif dərman maddələrini bazardan çıxarır.

Etikxeber.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, həmin dərmanların tərkibində olan maddələr qablaşdırmada göstərilənlərə uyğun gəlmir. Dərmanlar Çexiya, Slovakiya, Polşa, Macarıstan və MDB ölkələrində satılırdı. Söhbət geniş spektrli xəstəliklər üçün nəzərdə tutulan və tez-tez alınan dərmanlardan gedir. Bu həblərin tərkibində olan dərman maddələrinin insan sağlamlığına təsiri hələlik öyrənilməyib.

Azərbaycan vətəndaşlarına bu firmanın məhsullarını alarkən diqqətli olmaq məsləhət görülür.

Etikxeber.az

Read Previous

Teodor Teodoridis UEFA-nın yeni baş katibidir

Read Next

Sentyabrın 16-na USD/AZN rəsmi məzənnəsi 1,6375 səviyyəsində müəyyən olunub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir