Əflatun Amaşov: “Şura jurnalist hüquqlarının qorunması ilə bağlı da tədbirlər həyata keçirməkdədir”

BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Mişel Forst Azərbaycan Mətbuat Şurasında (MŞ)  olub.

Etikxeber.az-ın xəbərinə görə,  MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O, bilidirb ki, 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılmış Mətbuat Şurasında hazırda Azərbaycanın ictimai fikrə təsir göstərən qəzet, jurnal, informasiya agentliklərinın, həmçinin internet xəbər portallarının mütləq əksəriyyəti təmsil olunurlar. Şuranın əsas fəaliyyət istiqamətlərindən biri kütləvi informasiya vasitələri ilə bağlı şikayətlərin araşdırılmasından, qərar və rəylərin çıxarılmasından ibarətdir. Mətbuat Şurası eyni zamanda jurnalist hüquqlarının qorunması ilə bağlı da tədbirlər həyata keçirməkdədir. Bu baxımdan diqqət yetirilən başlıca məqam media təmsilçilərinin peşə vəzifələrini sərbəst şəkildə yerinə yetirmələri, həmçinin onlarla informasiya mənbələri arasında mümkün ola bilən konfliktlərin aradan qaldırılmasıdır.

BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Mişel Forst Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı məlumatların əsasən qeyri-hökumət təşkilatlarından, blogerlərin fikirlərindən və digər müxtəlif mənbələrdən əldə edildiyini vurğulayıb. Azərbaycandakı vəziyyətlə yerində tanış olmağın əhəmiyyətinin böyuk olduğunu deyib. Qonaq ölkəmizə səfərin bu mənada əhəmiyyət daşıdığını önə çəkib.

Görüşdə M.Forstun Azərbaycanda media sahəsindəki qanunvericilik, jurnalist hüquqlarının qorunması, onların informasiya əldə edilməsi prosesi ilə bağlı sualları cavablandırılıb.

Etikxeber.az

Read Previous

Ələkbər Kazımovski dünyasını dəyişdi

Read Next

Kim könüldə taxt qurursa… Qənirə Paşayevanın yeni yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir