Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Əflatun Amşovla, sabiq deputat Asəf Hacıyev ( hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi) Azərbaycanın tarixi memarlıq abidəsi olan Yerevandakı Göy Məsciddə olublar.
Etikxeber.az-ın məlumatına görə, bu barədə millət vəkili Ə.Amaşov özü “Facebook” səhifəsində məlumat və fotolar paylaşıb.
“Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri səkkiz məsciddən biri olub.
Zaman ötdükcə başına çox bəlalar gəlib: 24 metrlik dörd minarəsinin üçü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, iki dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir” – deyə, millət vəkili qeyd edib.
Qeyd edək ki, Ə. Amaşovla yanaşı digər millət vəkili Eldar Quliyev də Ermənistana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (QDİƏT PM) iclasında iştirak etmək üçün gedib.
Etikxeber.az