“Əfqan”lar millət vəkilindən-NƏ XAHİŞ ETDİLƏR? – FOTOLAR

Milli Məclisin (MM) Gəncədən seçilən deputatı Müşfiq Cəfərov seçicilərlə növbəti görüşünü keçirib.

Etikxeber.az-ın xəbərinə görə, görüşdə iştirak edən vətəndaşların sosial, təhsil, bank məsələləri kimi problemləri dinlənilib.

Tədbirdə həmçinin qazi və şəhid ailələri də olub, onları narahat edən məsələlərlə bağlı müvafiq sənədlərin hazırlanıb qurumlara təqdim olunması qətiləşib.

Bundan başqa Müşfiq Cəfərovun görüşündə Əfqanıstan müharibəsinin veteranlar cəmiyyətinin Gəncə şəhər üzvləri iştirak edib, veteranlar bir sıra məsələlərlə bağlı – Əfqanıstan müharibəsi iştirakçılarının parkının salınması, maliyyə problemləri və Əfqanıstan müharibəsi şəhidlərinin adına bulağın yaradılmasını təklif ediblər.

Cəmiyyətin texniki problemləri ilə bağlı çətinliklərin həlli istiqamətində müəyyən tədbirlər görülməsi qərarlaşdırılıb.

Etikxeber.az

Read Previous

Gələn ayın 1-dən sonra şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək-RƏSMİ

Read Next

İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə-TANIŞ OLDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir