Əfsanəvi futbolçu Azərbaycana gəlir

AVRO-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək daha bir məşhur qonağın adı açıqlanıb.

Azərbaycan Futbol Federasiyasından Etikxeber.az-a verilən məlumata görə, AVRO-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit paytaxtımıza gələcək.

Dünya futbolunun tanınmış simalarından biri olan veteran xüsusi qonaq qismində tədbirə qatılacaq. O, AFFA-nın dəvətini müsbət dəyərləndirib.

Qeyd edək ki, mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Etikxeber.az

Read Previous

SOCAR avqustda 636,5 min ton neft hasil edib

Read Next

“Azərişıq” ASC referendum zamanı gücləndirilmiş iş rejimində çalışacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir