Xüsusi Təyinatlıların “Əfsanəvi tabor”unun Şəhidlərinin valideynləri Qazilər və xeyriyyəçi Seyid Elman ilə birlikdə bugünlərdə növbəti dəfə imkansız, ehtiyacı olan insanları sevindiriblər.
Etikxeber.az-a verilən məlumata görə, Şəhid ailələri, Qazilər və Seyid Elman mübarək Ramazan ayının başlaması ilə əlaqədar Bakının Hövsan, Türkan, Maştağa qəsəbəsində və başqa bir neçə qəsəbədə olub, imkansız, yardıma, diqqətə ehtiyacı olan insanlarla bir araya gəliblər.
Onlara bayram sovqatı təqdim-hədiyyə edib, həmin insanların üzlərini güldürüb, sevindiriblər.
Bayram sovqatı təqdim edilən insanlar da ziyarətləri üçün Şəhid ailələrinə, Qazilərə və Seyid Elmana minnətdarlıqlarını ifadə ediblər.
FOTOLAR:














Etikxeber.az