Əfsanəvi Xüsusi Təyinatlı, Gizir, Aprel döyüşləri, İkinci Vətən Müharibəsi və 2022-ci ilin Qanlı sentyabr döyüşlərinin iştirakçısı-AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, 12 MEDALLI, GORANBOYLU VƏTƏN SEVDALISI TURAL ƏSGƏR OĞLU ƏLİYEV… – FOTOLAR

Bu gün, 7 avqust 2023-cü il tarixində daha bir İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımızla bir araya gəldim…

Həm Aprel döyüşlərində, həm də tarixi 44 günlük İkinci Müharibəsində, həm də 2022-ci ilin Qanlı sentyabr döyüşlərində iştirak etmiş, ölümlərdən dönmüş, sağlamlığını qurban vermiş, qəhrəmanlıq Dastanı yazmış daha bir övladımızla-Vətən övladı ilə görüşdüm, tanış oldum…

Qəhrəman Goranboy rayonunun Düzqışlaq kəndindən olan Xüsusi Təyinatlı, Gizir Tural Əsgər oğlu Əliyevlə söhbətləşdim, dərdləşdim…

Elə bu yerdə qeyd edim ki, başdan-ayağacan Vətən sevdalısı olan Turalla tanışlığımıza “Əfsanəvi tabor”un Xüsusi Təyinatlılarından olan İgidimiz, Qəhrəmanımız, Qazimiz Pərvin Hüseynov vəsilə oldu…

Məhz onun vasitəsi ilə, məhz onun sayəsində Turalla tanışlığımız yarandı, görüşümüz baş tutdu…

Və qeyd edim ki, Turalla da tanışlığımızdan çox məmnun, çox razı qaldım…

Tural 1994-cü ilin mart ayının 2-də Goranboyun Düzqışlaq kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailənin iki övladından, iki qardaşdan biri, evin sonbeşiyidir…

Atalarını çox vaxtsız, cəmi 44 yaşında, 2009-cu ildə itiriblər…

O vaxtdan anaları Sevinc xanım-Sevinc Əliyeva onlara həm analıq, həm də atalıq edib…

Tural 2000-2011-ci illərdə orta məktəbdə oxuyub…

2012-2013-cü illərdə isə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb…

Əsgərlikdən qayıtdıqdan az sonra, 2014-cü ildə yenidən həyatını hərb, Ordu ilə bağlayıb…

2014-2016-cı illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə fəaliyyət göstərib…

2016-cı ildə Aprel döyüşlərində (Füzuli istiqamətində) iştirak edib, yaralanıb…

Ancaq yenidən hər həyatını davam etdirib…

2016-cı ildə Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətini davam etdirib, Gizir rütbəsinə layiq görülüb…

2020-ci ilin sentyabr ayının 27-dən isə İkinci Vətən Müharibəsi başlaması ilə döyüşlərə, Vətənin müdafiəsinə atılıb “Əfsanəvi tabor”un Xüsusi Təyinatlısı, Giziri kimi…

Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Və oktyabrın 17-də Xocavənd istiqamətində qanlı döyüşlərdən birində topuğundan və diz nahiyəsindən yaralanıb…

Ayın 19-dan isə səhhəti ilə əlaqədar müxtəlif xəstəxanlarda müalicə-müayinədən keçib…

2020-ci ilin dekabrından yenidən fəaliyyətini davam etdirib…

Və 2022-ci ilin Qanlı sentyabr döyüşləri zamanı, sentyabrın 13-də Kəlbəcər istiqamətində qarın nahiyəsindən və qolundan ağır yaralanıb…

Əvvəlcə Kəlbəcərdə əməliyyat olunub, sonra Bakı şəhərinə Hərbi Hostiptalda müalicəsini davam etdirib…

2023-cü ilin iyulunda isə Ordudan təxris olunub…

İgidliyinə, Qəhrəmanlığına görə həm müdafiə naziri, həm də Ali Baş Komandan tərəfindən 12-yə yaxın medalla təltif olunub…

Tural hazırda işsizdir…

O, həm də 2022-ci ilin yayında ailə həyatı qurub və ata olmağa hazırlaşır…

Tural həm də hələlik əlillik dərəcəsini ala bilməyib…

Və qeyd etdiyimiz kimi, hazırda işsizdir və ailə durumu ilə əlaqədar işə ciddi ehtiyacı var…

Və onun xidmətləri, durumu nəzərə alınaraq, tez bir zamanda işlə təmin edilməlidir…

Burada artıq sözdən, vəddən işə, əmələ keçilməlidir!

***

Turalla təxminən iki saata yaxın söhbətləşdim…

Ona Allahdan can sağlığı, uzun ömür və ailə səadəti arzuladım…

Və hər birimizin Tural kimi Vətən sevdalı oğullara, Qazilərə borclu olduğunu dilə gətirdim…

Çünki onlara, Baş tacımız olan Şəhidlərimizə borcumuz bir ömür bitməz və bitməyəcək, hər zaman onlara borcluyuq və borclu olacağıq!

Allah köməyi, Yar və Yardımçısı olsun, Böyük Yaradan Vətən qarşısında təmənnasız, fədakar əməyini və əziyyətlərini yerdə qoymasın!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneçilikləri dayandırmalıdır”-XİN

Read Next

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub-MN – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir