Əfsanəvi Xüsusi Təyinatlı, İkinci Vətən Müharibəsi Şəhidi Devran Naibovun Əbədiyyətə uğurlanmasından dörd il keçir-BU GÜN ANIM GÜNÜDÜR…

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əfsanəvi Xüsusi Təyinatlı Devran Naibovin (Nayıbovun) Anım Günüdür.

Devran Naibovun Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Anım Günü günü ilə bağlı bu gün səhər saatlarında Bərdə rayon Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar olunacaq, “Quran” oxunacaq.

Qısa çıxışlar ediləcək, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Sonra Anım Günü ilə bağlı adına ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, Devran Naibov 1993-cü ilin noyabrın 30-da Bərdədə dünyaya gəlib.

Ailədə 3 qardaş, 1 bacı olublar.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və həyatını Ordu, hərb ilə bağlayıb.

Peşəkar hərbçi-Kiçik gizir kimi Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib.

Həm 2016-cı il Aprel, həm də 2020-ci il İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub, igidliyinə, qəhrəmanlığına görə, diplomlarla, medallarla təltif olunub.

İkinci Vətən Müharibəsinin də ilk dəqiqələrindən döyüşlərdə olub.

Və Füzuli-kənd Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib.

Nəşi oktyabrın 8-də Bərdə rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 5 medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ailəsi, valideynləri isə övladlarının həm də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunmasını istəyirlər.

Hazırda Bərdədə adını daşıyan küçə var.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin iki oğlan övladından biri, cəmi 19 yaşlı-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELVİN BABAYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU VƏ… – FOTOLAR – YENİLINİB..

Read Next

Ailənin iki övladından biri, evin tək oğlu, bir övladı Vətənə əmanət qalan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞÖVQİ İSMAYILZADƏ…BU GÜN MƏZARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASİMİ KEÇİRİLƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir