Əfsanəvi Xüsusi Təyinatlı, Vətən Müharibəsi Qəhrəmanı, beş övladı Vətənə əmanət qalan-ELYAR ARİF OĞLU VƏLİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ, 32 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN BƏHS EDİLDİ – FOTOLAR -YENİLƏNİB – (4)

Qobustan rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əfsanəvi Xüsusi Təyinatlı Elyar Arif oğlu Vəliyevin doğum günüdür.

Elyar Vəliyevin bu gün 32 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Elyar Vəliyev 1991-ci ilin 17 oktyabr tarixində Qobustan rayonunun Sədəfli kəndində dünyaya gəlib.

Ailənin 5 övladından biri, evin böyük övladı olub.

1998-2007-ci illərdə orta məktəbdə oxuyub, 9 illik təhsil alıb.

O, həm də uşaq vaxtlarından idmanla məşğul olub.

2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb və o vaxtdan da həyatını Ordu, hərb ilə bağlayıb.

Xüsusi Təyinatlı, Azərbaycan Ordusunun Giziri kimi fəaliyyət göstərib.

Aprel və Tovuz döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsinin ilk anlarından da döyüşlərə atılıb, bir sıra qəhrəmanlıqlara imza atıb.

Və müharibənin 23-cü günündə, oktyabrın 19-da, 29 yaşının tamamından cəmi iki gün sonra Edilli-Qırmızı Bazar istiqamətində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Ancaq nəşi 5 gün sonra, oktyabr ayının 24-də Sədəfli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra İgidlik və Qəhrəmanlığına görə Ali Baş Komandan tərəfindən bir neçə medalla və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub.

Eyni zamanda, qeyd edək ki, Şəhidliyindən öncə də bir sıra medallara layiq görülüb

Elyar Vəliyev həm də ailəli olub.

22 yaşında, 2013-cü ildə ailə həyatı quran Elyar Vəliyev 5 övlad (3-ü əkiz olub) atası idi.

***

32 yaşının tamam olması ilə bağlı, Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar olunub.

Sonra Şəhidin Əbədiyyətə uğurlandığı qəbiristanlıqda, məzarı yaxınlığında tədbir düzənlənib.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Tanınmış telejurnalist Səbinə Mehdiyevanın aparıcılıq etdiyi tədbirdə çıxışlar olunub.

Tədbirdə Əfsanəvi Xüsusi Təyinatlılardan Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara İsmayılova, “Azərbaycan Bayrağı” ordenli Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, Qazi Rəşad Nəsibli, digər Şəhid ailələrinin üzvləri, Qazilər, ziyalılar çıxış ediblər.

Çıxışlarda Şəhidin İgidliyi və Qəhrəmanlığından danışılıb.

Elyar Vəliyevin 29 illik qısa, lakin şərəfli həyat, ömür, hərb və döyüş yolundan bəhs olunub.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin valideynləri-anası Səmayə xanım və atası Arif Vəliyev isə öz növbəsində ziyarət və tədbir iştirakçılarına minnətdarlıqlarını ifadə edib, övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını bildiriblər.

Tədbirdə, eyni zamanda, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirin sonunda Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək, bir daha Şəhidin Cənnətdəki üçüncü doğum gününü təbrik edib, bir daha Şəhid ailəsinə səbr və dözüm arzulayıb.

İcra başçısı çıxışı zamanı, həmçinin, 23 saatlıq antiterror əməliyyatı ilə düşmən üzərində birdəfəlik Qələbə qazanıldığını deyib və bu münasibətlə hər kəsi təbrik edib.

“Bədxahlar, sapı özümüzdən olan baltalar 44 günlük müharibənin Qələbə ilə başa çatmasından sonra deyirdilər ki, bəs Xankəndi nə oldu, bəs Xocalı nə oldu, bəs Xocavənd nə oldu, bəs Əsgəran, bəs Ağdərə nə oldu? Artıq Xankəndi də, Xocalı da, Ağdərə də, Xocavənd də, Əsgəran da bizimdir, bizim nəzarətimizdədir, Müzəffər Ali Baş Komandanımız hər birində üçrəngli bayrağımızı dalğalandırdı. Bunlara görə başda Ali Baş Komandanımız olmaqla, Şəhidlərimizə və Qazilərimizə borcluyuq”-deyə, o, əlavə edib.

Şəhidin məzarını ziyarətdən və tədbirdən sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Onu da qeyd edək ki, məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasimdə-ehsan süfrəsində Şəhidin ailə üzvləri, yaxınları, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Qobustan rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri, din xadimləri, ziyalılar və digərləri iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 32 yaşı mübarək olsun!

Nur içində uyusun!

13:39

***

FOTOLAR:

***

ŞƏHİDİN MƏZARINI ZİYARƏT VƏ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ İLƏ BAĞLI TƏDBİR…

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hesab edirdilər ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq. Yəni, biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?! Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz…”-İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

Elmira Axundova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir