“Əgər “bazarlıq”da çətin biriysəm, bu, yaxşı bir şeydir” – ƏRDOĞAN

S-400 ve F-35  bağlı  elə zənn edirəm ki, sıxıntı olmadan bu mərhələni, bu dönəmi aşacağıq. S-400-lər mövzusunda da özəlliklə birilərinin, fərqli kəsimlərin  artıq sağda-solda danışmaması lazımdır. Çünkü son açıqlamadan sonra sayın Tramp mövqeyini ifadə etmişdir. Onunla son görüşməmiz çox məhsuldar keçmişdir.

Etikxeber.az “Sözçü”-yə istinadən xəbər verir ki, bunu Yaponiyada G-20 sammitinin başa çatmasından sonra  Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

erdogan_16_9_1561940706-880x495

O, həmçinin deyib ki, Rusiyanın S-400 hava hücumundan müdafiə kompleksləri on gün ərzində Türkiyəyə gətiriləcək.

Ərdoğan eyni zamanda, sözügedən zenith-raket sistemlərinin tədarükü səbəbindən Türkiyə ilə ABŞ arasındakı mövcud münasibətlərin həll ediləcəyinə əminliyini ifadə edib:

“ABŞ C-400-lərin alışına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyəcək”. 

Türkiyə prezidenti bununla yanaşı,  Türkiyəyə 100 F-35 döyüş təyyarəsinin tədarük etməsinin lazım olduğunu da xatırladıb.

Etikxeber.az 

Read Previous

Muğam sənəti ilə bağlı qanun layihəsi kim(lər)ə mane olur?

Read Next

Asiyanın ən qorxulu terrorçusu Para Vicayanto – HƏBS EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir