“Əgər dünya birliyi münaqişənin dinc yolla həllini istəyirsə…” – DEPUTAT

Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsini həll etməkdən ötrü ilk növbədə işğal faktı aradan qaldırılmalıdır.

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və ətraf regionlardan çıxmalıdır.

Etikxeber.az xəbər verir ki,  bunu siyasi şərhçi, millət vəkili, professor Musa Qasımlı deyib.

Millət vəkili deyib ki, yalnız erməni qoşunları işğal olunmuş ərazilərdən çıxandan sonra digər məsələləri müzakirə etmək olar.

“Amma görünən odur ki, Ermənistan bu məsələni dinc yolla həll etmək niyyətində deyil, danışıqlar prosesini uzatmaqla məşğuldur, “oldu-bitdi” kimi hər şeyi qələmə vermək istəyir.

Ermənistan bununla çox da uzağa gedə bilməz.

Çünki Qarabağ məsələsində Azərbaycan dövlətinin qəti mövqeyi var. 

Həmin mövqeni də cənab prezident İlham Əliyev dəfələrlə səsləndirib.

Bu da ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərindən, ərazilərindən işğalçı qüvvələr çıxarılmalıdır.

musa qasimmmm

Status məsələsi və digər problemlər isə sonra müzakirə edilə bilər.

Eyni zamanda, Ermənistan danışıqlar formatının dəyişdirilməsinə nə qədər çalışsa da, buna nail ola bilməyib.

Fakt faktlığında qalır ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub.

Dağlıq Qarabağ regionunda yaşayan erməni icmasının gücü də o qədər heç zaman ola bilməz.

İstər insan ehtiyatı o qədər deyil ki, ordu yarartsın, istərsə də  güclü maliyyə vəsaiti, hərbi-sənaye kompleksi yoxdur və bu, mümkün də deyil. 

Bir sözlə, bu gün hamıya aydındır ki, Ermənistan təcavüzkar dövlərdir və bu baxımdan, əgər dünya birliyi münaqişənin dinc yolla həllini istəyirsə, işğalçı ilə işğala məruz qalan arasında fərqi görməli, işğalçıya güclü, ciddi, təsirli təzyiqlər etməlidir”-deyə, M. Qasımlı sözlərinə əlavə edib.

Etikxeber.az

 

 

Read Previous

İlham Əliyevlə Mehriban Əliyeva Mərkəzi Parkın açılışında – FOTO-YENİLƏNİB

Read Next

Neftçalada dəhşətli qəza: 4 NƏFƏR ÖLDÜ, 2 NƏFƏR XƏSARƏT ALDI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir