Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Partiyamız və partiyamızın rəhbərliyi, dövlət başçımız tərəfindən göstərilən etimadı çox yüksək qiymətləndirirəm.
Bunu Etikxeber.az-a açıqlamasında deputatlığa namizədliyi 6-cı dəfə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən millət vəkili Aydın Mirzəzadə deyib.
Qeyd edib ki, bu, böyük etimad və məsuliyyətdir.
“Partiyamız ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin həyata keçirilməsində daim fəal rol oynayıb. Partiyamız sadə insanların partiyasdır, partiyamız xalqın partiyasıdır, partiyamız Vətən torpaqlarının qorunmasında qəhrəmanlıq nümayiş etdirmiş Vətən övladlarının partiyasıdır, partiyamız bu dövlət, bu millət uğrunda canların fəda edən Şəhidlərimizin partiyasıdır. Odur ki, bundan sonra da bir partiya olaraq, dövlətimizin daha da inkişafı, dövlətçiliyimizin daha da gücləndirilməsi, insanlarımız rifahının daha da yüksəldilməsi istiqamətində dayanmadan çalışacağıq. Partiyamızın, partiyamızın rəhbərliyinin etimadını doğrultmağa çalışacağıq. Əgər seçicilərim də mənə yenidən etimad edərlərsə, onlarla daha çıx əlaqadə olmağa, onların qaldırdıqları məsələləri, onların problemlərini parlament tribunasından daha çox səsləndirməyə, onların daha çox həllinə nail olmağa, bir sözlə, göstərilən bu böyük etimadı fəaliyyətimlə doğrultmağa çalışacağam”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.
Qeyd edək ki, A.Mirzəzadənin namizədliyi yenidən 54 saylı Mingəçevir Seçki Dairəsindən irəli sürülüb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az