“Əhəmiyyətli dəyişiklər olmayacaq…” – ELMAN RÜSTƏMOV

Qiymətlərin illik səviyyəsinin artım tempində əhəmiyyətli dəyişikliklər müşahidə edilməyib. Sentyabrda illik inflyasiya 2,5 faiz olub.

Etikxeber.az  məlumat verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Baş bankirin sözlərinə görə, istehlakın güclənməsi şəraitində illik 5,1 faiz səviyyəsində ərzaq qiymətləri illik inflyasiyaya əhəmiyyətli təsir payını qoruyur:

 “Ərzaq qiymətləri son bir il ərzində 3,3 faiz, ət məhsulları üzrə 10,8 faiz, şəkər üzrə 4,1 faiz yüksəlib. Xidmətlər üzrə bahalaşma templəri isə müvafiq olaraq 1,2 faiz və 0,4 faiz təşkil edib ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır”.

O,  qeyd edib ki, cari ilin doqquz ayında manatın qeyri-neft sektoru üzrə effektiv məzənnəsi 1,4 faiz möhkəmlənib, real effektiv məzənnə 1,3 faiz azalıb:

“Azərbaycanda inflyasiyanın partnyor ölkələrdəki inflyasiyadan əhəmiyyətli dərəcədə aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir göstərir. 2020-ci ildə inflyasiyada əhəmiyyətli dəyişiklər olmayacaq, yəni cari il səviyyəsində gözlənilir”.

Etikxeber.az

 

Read Previous

“Postumdayam…” – ELMAN RÜSTƏMOV DANIŞDI

Read Next

“Daxili işlərə müdaxilə yolverilməzdir…” – İLHAM ƏIİYEV – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir