Əhalinin gəlirləri 8,9 faiz artıb – İDDİA

2016-cı ilin yanvar-noyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,9 faiz artaraq 40028,5 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən Etikxeber.az-a bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlir orta hesabla 4 min 154,7 manat təşkil edərək ötən ilə nisbətən 7,7 faiz artıb.

Bu dövr ərzində gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,9 faizi isə yığıma yönəldilib.

Etikxeber.az

Read Previous

Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı ələ keçirildi – FOTO

Read Next

“İnter” klubu Türkiyədə üç yoxlama oyunu keçirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir