“Əhalinin sosial müdafiəsini gücləndirəcək yeni və gözəl qanun layihələri gəlir” – HADİ RƏCƏBLİDƏN ŞAD XƏBƏR

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaxşılaşdırılması məsələsi Azərbaycan dövlətinin, xüsusilə, ölkə prezidenti cənab İlham Əliyevin əsas fəaliyyət istiqamətlərindən, prioritetlərindədndir. Bu istiqamətdə, xüsusilə, 2018-2019-cu illər ərzində atılan addımlar, görülən işlər göz önündədir. Odur ki, parlamentə ölkə prezidentinin təşəbbüsü, təqdimatı, imzası ilə əhalinin sosial müdafəsinin gücləndirilməsinə yönəlmiş yeni qanun layihələri gəlir.

Bu haqda Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri , professor Hadi Rəcəbli məlumat verib.

Komitə sədri bu barədə geniş məlumat verməsə də, qeyd edib ki, qanun layihələri artıq parlamentə daxil olmaq üzrədir.

“Milli Məclisin növbədənkənar sessiyası dövründə komitəmizin iki iclasının keçirilməsi gözlənilir. İlk iclası ayın 20-də keçirəcəyik. Həmin iclasın gündəliyinə əhalinin sosial müdafiəsi ilə bağlı ən azı 3 yeni qanun layihəsinin, yəni, mövcud qanunlara dəyişikilikləri nəzərdə tutan vacib qanun layihələrinin daxil olması gözlənilir.

SENET-ILHAM

meclis-oqtay-1

hadi-komite-yeni

HADİ-HADİ-1

Hələlik bu barədə geniş danışmaq istəməzdim. Hər şey ayın 20-də komitəmizin iclasında məlum olacaq. Biz həmin sənədləri ayın 28-də keçirilməsi gözlənilən plenar iclasa tövsiyə edəcəyik.

İyul ayında da komitəmizin daha bir iclasının keçirilməsi və bu istiqamətdə növbəti yeni layihələrin daxil olması, müzakirəsi gözlənilir. Bu, istisna deyil. Bununla bir daha hər kəs şahid olacaq ki, sosial müdafiə ilə bağlı deyilənlər, sadəcə, sözlər deyil, konket əməllərdir.

Çünki bir daha qeyd edirəm ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaxşılaşdırılması  Azərbaycan dövlətinin və dövlət başçısının siyasətinin baş-ana xəttini təşkil edir”-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Dövlət qulluğuna qəbul olmaq istəyənlər sınaq imtahanları verəcəklər – DİM

Read Next

“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi ilə bağlı İşçi Qrupu yaradıldı – QRUPA SƏDAQƏT VƏLİYEVA RƏHBƏRLİK EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir