Əhaliyə verilən təbii qazın həcmi həddən çox artıb – SOCAR rəsmisinin iddiası

Son günlərdə hava şəraitinin dəyişməsi və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar əhaliyə verilən təbii qazın həcmi həddən çox artıb.

Etikxeber.az xəbər verir ki, bu barədə SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.

O, bildirib ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) qaz sistemi artıq qış rejiminə keçməyə hazırlaşır. Havaların soyuması ilə bağlı əhalinin təbii qaza olan tələbat artdığı üçün SOCAR-ın yeraltı qaz anbarlarına vurulan qazın miqdarı azaldılıb. Həmin həcmin böyük hissəsi hazırda əhaliyə verilir ki, bu da gündəlik 16-17 milyon kubmetr təşkil edir.

Etikxeber.az

Read Previous

Sərab sexində partlayış

Read Next

40 min onkoloji xəstə qeydə alınıb – Baş onkoloq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir