Əkiz qardaşlardan, ailənin iki övladından biri…Cəmi 6 ayın Əsgəri…Cəmi 18 yaşlı…CAN DOSTU HÜSEYN NƏSİBOVLA EYNİ GÜNDƏ VƏ EYNİ İSTİQAMƏTDƏ ŞƏHİD OLAN ŞAMAXILI ANTİTERROR ŞƏHİDİ FƏRİD TOFİQ OĞLU ALIYEV… – FOTOLAR

Fərid Tofiq oğlu Alıyev…

12 mart 2005-ci il təvəllüdlü…

Ailənin iki oğlan övladından, əkiz qardaşlardan biri…

Orta təhsilli…

Azərbaycan Ordusunun-cəmi 6 ayın Əsgəri…

19-20 sentyabr 2023-cü il tarixli-lokal xarakterli antiterror əməliyyatının Şəhidi…

Cəmi 18 yaşında canını Vətəni uğrunda fəda-qurban edən Vətən sevdalısı …

Adını tarixə yazan İgid, Qəhrəman Şamaxılı…

Şamaxı rayonunda sadə bir ailədə dünyaya gələn Fərid 2022-ci ildə orta məktəbi bitirdikdən bir müddət sonra-bu ilin aprel ayının 7-də həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…

Əkiz qardaşı isə ondan 3 ay sonra, bu ilin iyulunda Əsgərliyə gedib, hazırda da Zaqatala istiqamətində Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmətə edir…

Ancaq Fərid özü Şuşa istiqamətində hərbi xidmətdə olub…

Və cəmi 6 ayın Əsgəri kimi 19-20 sentyabr 2023-cü il tarixində lokal xarakterli antiterror əməliyyatına qatılıb…

Və ayın 19-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 2 gün sonra, ayın 21-də Şamaxı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medal və ordenlə təltif olunub…

Fərid həm də Şəhid ailəsindəndir…

Əmisi Elman Əfqan oğlu Əliyev də Şəhiddir…

O da cəmi 18 yaşında və 1992-ci ildə Şəhidlik məqamına ucalıb…

***

Bu yerdə qeyd edim ki, Fəridin Əsgərlik yoldaşlarından və dostlarından biri də onunla eyni gündə və eyni istiqamətdə Şəhid olan Goranboylu, Qızılhacılılı antiterror Şəhidi Hüseyn Əfqan oğlu Nəsibovdur…

Bir müddət öncə Hüseynin atası Əfqan Nəsibov məndən Fəridin ailəsini, ocağını da ziyarət etməyimi rica etdi…

Mən də ona söz verdim ki, yaxın zamlanlarda Şəhidimizin ailəsini, ocağını ziyarət etdəcəyəm…

Və etdim də…Bu gün-23 noyabr 2023-cü il tarixində, günorta saatlarında Şəhidimizin ailəsini, ocağını, Dərdli, Yaralı, bala həsrətli valideynlərini ziyarət etdim…

Onlara başsağlığı verdim, onlara Allahdan səbr və dözüm dilədim…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Şəhidimizin ruhu və ailəsinin-onların qarşısında baş əydiyimi bildirdim…

Qısaca da olsa, dərdləşdim, söhbətləşdim…

Onlara təskinlik, təsəlli verməyə çalışdım…

Çox çətin idi…

Yenə sözün bitdiyi yeriydi…

Allah bir daha səbr və dözümlərini versin!

Böyük Yaradan bir daha Şəhidimizin məqamını Uca, dərgahını mübarək etsin!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mirziyoyev yenidən Azərbaycana-SƏFƏR ETDİ…

Read Next

“Boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik…Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik…”-İLHAM ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir