Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi İgidlərindən, Qəhrəmanlarından biri də Şəhid Əli Aydın oğlu Tağıyevdir…
Əslən İmişlidən, 1997-ci ildə anadan olan, Bakıda, Səbail rayonunun “20-ci sahə” adlanan ərazisində yaşayan Əli ailədə 3 övlad, 3 qardaş olublar…
O, həm də qardaşı Məhəmmədlə ailənin əkiz övladlarından biri olub…
2003-cü ildə Bakı şəhər Səbail rayonunda yerləşən 162 nömrəli orta məktəbə gedib…
2011-cidə orta məktəbin 9-cu sinfini bitirib…
2012-ci ildə Bakı Peşə Liseyinə daxil olub…
2015-ci ildə Üçüncü dərəcəli Veb-dizayner ixtisasına yiyələnərək, Peşə Liseyini bitirib…
2016-cı ildə hərbi xidmətə çağrılıb, Aprel döyüşləri zamanı Goranboy və Murovdağ ətrafı mübarizədə nümunəvi əsgər adını qazanıb…
2017-ci ilin iyul ayının 1-də xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri fərmanla təltiflənib, ailəsinə bir neçə dəfə təşəkkür məktubu ünvanlanıb…
2017-ci ildə Bakı şəhərində yerləşən Dizayn və Vizualogiya Məktəbində təhsilini davam etdirib…
İkinci Vətən Müharibəsi başlayandan iki gün sonra, sentyabrın 29-da da könüllü kimi döyüşlərə yollanıb…
Və Hadrut istiqamətində döyüşlərdən birində ağır yaralanaraq, Vətən yolunda Şəhid olub…
Nəşi oktyabrınn 13-ündə Badamdar qəbiristanlığında torpağa tapşırılıb…
Ölümündən sonra 3 medalla təltif edilib…
Və bu gün, 12 iyun tarixində Şəhidimizin ailə üzvləri ilə İsmayıllıda-Şəhid ailələrinin görüşündə tanış oldum…
Atası Aydın kişi, qardaşı Məhəmməd və anası ilə Şəhidimiz haqqında söhbətləşdim, Əlinin ömür, döyüş yolu barədə danışdıq…
Şəhidimizə Allahdan rəhmət dilədim, ailəsinə başsağlığı verdim…
Allah Şəhidimizin məkanını cənnətlik, nurlu etsin, ailəsinə səbr, dözüm versin!
Şəhidlər ölməz, Vətən bölünməz!


21:09, 12 iyun
Kamil HƏMZƏOĞLU (HƏMİDOV),
12.0.2021, İsmayıllı
Etikxeber.az