Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün əslən İmişlidən, özü isə Bakı şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi Əli Aydın oğlu Tağıyevin Anım Günüdür.
Əli Tağıyevin Əbədiyyətə uğurlanmasından üç il keçir.
Etikxeber.az xəbər verir ki, 1997-ci ilin 7 avqust tarixində dünyaya gələn, Bakıda, Səbail rayonunun “20-ci sahə” adlanan ərazisində yaşayan Əli Tağıyevgil ailədə 3 övlad, 3 qardaş olublar.
O, həm də qardaşı Məhəmmədlə ailənin əkiz övladlarından biri olub.
2003-cü ildə Bakı şəhər Səbail rayonunda yerləşən 162 nömrəli orta məktəbə gedib.
2011-cidə orta məktəbin 9-cu sinfini bitirib.
2012-ci ildə Bakı Peşə Liseyinə daxil olub.

2015-ci ildə Üçüncü dərəcəli Veb-dizayner ixtisasına yiyələnərək, Peşə Liseyini bitirib.
2016-cı ildə hərbi xidmətə çağrılıb, Aprel döyüşləri zamanı Goranboy və Murovdağ ətrafı mübarizədə nümunəvi əsgər adını qazanıb.
2017-ci ildə Bakı şəhərində yerləşən Dizayn və Vizualogiya Məktəbində təhsilini davam etdirib.
İkinci Vətən Müharibəsi başlayandan iki gün sonra, sentyabrın 29-da da könüllü kimi döyüşlərə yollanıb və və Hadrut istiqamətində döyüşlərdən birində ağır yaralanaraq, qəhrəmancasına Şəhid olub.
Nəşi oktyabrınn 13-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb
Şəhidliyindən sonra 3 medalla təltif edilib.
Ailəsi, valideynləri isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Əli həm də nişanlı idi.
Müharibə, Şəhid olmasaydı, 2020-ci ilin payızında toyu olacaqdı.
***
Bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Sonra Şəhidin Anım Günü ilə bağlı Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar oxunub.
Məzarı behiştlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





