Uşaqlığımın ən gözəl anları,hec zaman korşalmayan duyğularım, ən gözəl arzularım birmənalı olaraq yazla, Novruzla bağlıdır.
Əminəm ki, əksər soydaşlarımızın da milli bayramımızla bağlı hec bir vaxt unudulmayan xatirələri vardır.
Özü ilə saflıq və təmizlik gətirən, ruhumuzu bir parcası olduğumuz təbiətlə həmahəng yeniləyən, bizi yeni, daha vacib başlangıclara kökləyən gözəl bahar hər birimizin qəlbində yaz günəşinin zərrələri tək parlaq, ilıq duyğular oyadır.
Daha aydın sabahlara, daha gözəl gələcəyə ümidlər yaradır.
Gözlərimizi gözəlliyə daha geniş acmağa, pislikləri dupduru axarlarda axıtmağa, qorxularımızı qovmağa, ağırlıqlarımızı gur tonqallarda yandırmağa, saflaşmağa, durulaşmağa vadar edir.
Hər kəsdə doğmalarına sevgi və sayqı, möhtaclara qayğı və mərhəmət göstərməyə həvəs və istək oyadır.
Həyat sanki bizi yeni güc və daha böyük inamla öz taleyimizə sahib cıxmağa cağırır.
Bu yaz mən bu cağırışı daha aydın eşidir, daha böyük əminliklə buna hərtərəfli nail olacağımıza inanıram!!!
Odur ki, əllərimi Tanrıya, üzümü Günəşə tutaraq, “bütövləşən yurduma xoş gəldin bahar”, deyirəm!
Bahar MURADOVA
Etikxeber.az