“Əks halda hələ uzun müddət iqtisadi-siyasi böhran hökm sürəcək…”-MİLLƏT VƏKİLİ YAZIR

Artıq müharibə bitib, bizi qarşıda böyük quruculuq işləri gözləyir.

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in nümayəndə heyətini qəbul edərkən komunikasiyanın qurulmasının vacibliyini vurğulayıb.

Düşünürəm ki, regionda sivil münasibətlərin bərqərar olması üçün ilk növbədə Ermənistan rəhbərliyinin bu məğlubiyyəti qəbul edib, sülh müqaviləsi bağlamalıdır.

Uzun illər davam edən bu gərginlik və müharibə şəraiti regionun inkişafına mane olan əsas amillərdəndir.

Bu gün Ermənistan blokada şəraitində yaşayır.

Faktiki olaraq kommunikasiya xətlərinin qurulması ən çox bu dövlətin inkişafına görə lazımdır.

Hazırda hakimiyyətdə olan Nikol Paşinyan Türkiyə və Azərbaycanla sülh şəraitində əməkdaşlığa maraqlıdır.

Lakin ölkənin daxilində olan terrorçu qüvvələr buna mane olmaq istəyir.

Onlar hələ də başa düşmür ki, bu münaqişə regiona ciddi ziyandır.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana dəyən zərərlərə nəzər yetirərkən bir məqamı qeyd etmək vacibdir ki, erməni təcavüzü region əməkdaşlığının  bütün sahələrinə mənfi təsir göstərib.

Ermənistanın Avropanın enerji təhlükəsizliyi siyasəti üçün kritik strateji əhəmiyyət daşıyan Azərbaycana hər hansı formada hücum etməsi həm də Avropanın enerji təhlükəsizliyinə yönəlmiş ciddi təhdid idi.

Azərbaycanın qələbəsi bu təhlükənin də qarşısını aldı.

Ölkəmiz Avropa və Asiya arasında qlobal dəyər zəncirlərinin fəal iştirakçısıdır.

Avropanın enerji təhlükəsizliyinə xidmət edən meqa layihələrin implementasiyasını təmin edən Azərbaycanın bu qələbəsi regionun enerji xəritəsini də dəyişib.

Beləliklə, bu gün Azərbaycan karbohidrogen ehtiyatları üçün şaxələnmiş ixrac marşrutlarına malik olmaqla Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir.

Ancaq Ermənistan bu layihələrdən kənarda qaldığı üçün bu layihələrə qarşı provokasiya etməkdə maraqlı tərəf kimi görünür.

Qeyd edim ki, Ermənistan münaqişə zonasından xeyli aralıda yerləşən və nəqliyyat, enerji və logistika dəhlizinin yerləşdiyi Tovuz rayonuna hücum etmiş, faktiki Avropanın gələcək enerji təhlükəsizliyi təhdid altına düşüb.

Qafqaz, Mərkəzi Asiya regionu  və Türkiyənin Avropa İttifaqı ilə iqtisadi, mədəni bağlılığını, inteqrativ inkişafını gücləndirən bu layihələri hədəf almaqla Ermənistan Avropanın gələcək strateji inkişaf yoluna da ləngidici təsir göstərir.

Hazırda Ermənistanda vəziyyəti qarışdırmağa çalışan və qonşu ölkələrlə dinc yanaşı yaşamağa mane olan radikal çevrələr, revanşistlərdir.

Onlar hələ də anlamaq istəmirlər ki, iki və çoxtərəfli əməkdaşlığın qurulması bölgənin yeganə böhran içində olan ölkəsinə – Ermənistana hamıdan çox gərəkdir.

Bu gün də Ermənistanda siyasi ab-hava ağır vəziyyətdədir.

Otuz illik işğal siyasəti onların gələcək perspektivlərini tamamilə alt-üst edib.

Bu siyasət erməni xalqına da heç bir xeyr vermədi.

Artıq Ermənistan cəmiyyəti bunu dərk etməyə başlayıb.

Bu gün isə xalqın sosial-iqtisadi durumunu son dərəcə ağırlaşdırıb.

Bu vəziyyətin yeganə çıxış yolu region dövlətləri ilə qarşılıqlı əməkdaşlığa qoşulmaqdır.

Əks halda hələ uzun müddət iqtisadi-siyasi böhran hökm sürəcək.

Müşfiq CƏFƏROV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən azalma-376 – DAHA 4 ÖLÜM…

Read Next

Bu gün Azərbaycanda “İlaxır çərşənbə”-QEYD OLUNUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir