Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avqustun 5-dən başlayaraq yumşaldılan xüsusi karantin rejimində nəzərdə tutulan daha bir sıra məhdudiyyətlər bu gündən aradan qaldırılır.
İnfeksiyaya yoluxanların sayının nəzərə çarpacaq şəkildə azalmasını, koronavirusdan sağalanların müsbət dinamikasını, həmçinin ölkədə iqtisadi fəallığın artırılması zəruriliyini nəzərə alan Operativ Qərargah bəzi istehsalat, ticarət, ictimai iaşə və xidmət sahələrinin fəaliyyətinə icazə vermişdir.
Göründüyü kimi, bunlar yumşalma tədbirləridir.
Yalnız və yalnız! Pandemiya ilə mübarizə davam edir. Proses hələ bitməyib.
Heç kim, hətta Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri də virusun nə zaman yox olacağını proqnozlaşdıra bilmirlər.
İnfeksiyanı bitirdim, deyən bəzi ölkələrdə bu günlərdə yeni epidemioloji partlayışlar baş verir.
Deməli, məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi fəaliyyətin, biznesin bərpa olunması, insanların sərbəst hərəkətləri mütləq infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə uzlaşdırılmalı və sinxronlaşdırılmalıdır.
Bundan ötrü bütün sanitar- epidemioloji tələb və normalara, tövsiyyələrə ciddi riayət olunmalıdır.
Ümümiyyətlə, effektiv vaksin əldə olunanadək,kütləvi peyvəndlənmə prosesi aparılanadək bizi əvvəlki həyatımıza, əmək məşğuliyyətimizə yaxınlaşdıran yeganə yol məhz budur.
Lakin gerçək həyatda gördüklərimiz: nəqliyyatda, qapalı məkanlarda, market və mağazalarda, iş yerlərində, çimərliklərdə və s. tələb olunan qaydalara hamılıqla əməl edilməməsi, bəzi vətəndaşlarımızın laqeydliyi və məsuliyyətsizliyi, maskadan istifadə etməməsi, məsafə saxlamaması, yığıncaqların, qonaqlıqların təşkili, öskürəndə,asqıranda ağız və burunlarını örtməməsi çox təhlükəlidir.
Operativ Qərargahın , Səhiyyə Nazirliyinin, TƏBİB-in, bütün müvafiq qurumların sanitar- tibbi maarifləndirmə işini gücləndirməsinə ehtiyac var.
Televiziyaların, mətbuatın bu məsələləri daim diqqətdə saxlaması, işiqlandırması, hökumətin mövcud təlimatlarını vətəndaşlara çatdırması, insanlara doğru yol göstərməsi vətəndaşlıq borcuna çevrilməlidir.
Əks təqdirdə, yoluxmaların artacağını indidən ehtimal etmək olar.
Bunun üçün epidemioloq olmağa ehtiyac yoxdur.
Görünən daga bələdçi lazım deyil.
Gəlin, özümüzün, doğmalarımızın, əzizlərimizin, sevdiklərimizin, xalqımızın sağlamlığını və genefondumuzu qoruyaq!
Mayis SƏFƏRLİ,
Sabiq deputat
Etikxeber.az