Əl tutmağı, yardım etməyi, şəfqət göstərməyi özünə amal seçən, amma etdiklərini dilə gətirməyi, reklam etməyi sevməyən Vətən övladı-XƏYAL GÖYÜŞÖV!

Məşhur atalar məsəlimiz var ki, sağ əlin verdiyini sol əl bilməməlidir və yaxud, əl tutmaq Əlidən qalıb…

Bəli, əl tutmağı, yardım etməyi, şəfqət göstərməyi…özünə amal seçən, amma etdiklərini dilə gətirməyi, reklam etməyi sevməyən xeyirxah, mərhəmətli, rəhmdil, imanlı, gəlbi Allah eşqi ilə dolu Vətən övladlarından biri də əslən Qarabağlı, Ağdamlı olan, son bir neçə ili isə Mingəçevirdə yaşayan iş adamı-sahibkar Xəyal Eldar oğlu Göyüşovdur…

3 ali məktəbi bitirmiş Xəyal Azərbaycanın həm də tanınmış, sayılıb-seçilən məşhur Göyüşovlar nəslindəndir…

Nəslinin, soyadının da haqqını verir, necə deyərlər, ot kökü üstə bitər…

Xəyal ailəli, 3 gözəl övlad atasıdır…

Övladlarını da rəhm, mərhəmət, sevgi, şəfqət, xeyirxahlıq ruhunda böyüdür…

Əksi, başqa cür də ola bilməz, mümkün deyil…

Xəyalla bir neçə ay olar ki, tanış olmuşam…

Belə ki, bir neçə ay öncə Mingəçevirdə Şəhidlər Xiyabanını ziyarət edərkən dayım oğlu tanış etdi bizi…

Elə ilk andan da tanışlığımızdan çox məmnun oldum…

Çünki səmimiyyət, sadəlik, insanlıq, gözlərində, qəlbində NUR gördüm onda…

Xəyal həm də çox vətənpərvər, Vətən sevdalısı, Vətən üçün əlindən gələni etməyi əsirgəməyən bir Oğuldur…

Heç təsadüfi deyil ki, İkinci Vətən Müharibəsinin ilk gündən də bütün cəbhə bölgələrində, xüsusilə, Ağdərə-Tərtər bölgələrində olub, Ordumuza, Əsgərlərimizə yardımlar edib…

Hətta sentyanbrın 29-da Tərtərdə olarkən ölümdən dönüb dostu ilə birgə…

Ancaq yenə də inadından, xeyirxahlığından, yardımlaşmağından, əl tutmağından… vaz keçməyib, yoluna, izinə davam edib…

Yenə də öz yolu, öz izi ilə aram-aram addımlamaqdadır bu imanlı, xeyirxah Vətən övladı…

Müharibədən sonra çoxlu Şəhid ailələrinin, Qazi və Qazi ailələrinin dostu, sirdaşı, köməkdaşı olub…

Bunu özünə bir borc, bir vətəndaşlıq borcu, görəvi hesab edir Xəyal…

Və qeyd etdiyimiz kimi, özü haqqında, etdikləri barədə də danışmağı, bəhs etməyi, reklam olunmağı heç sevmir, heç xoşlamır…

Bəli, Xəyal belə Vətən övladı, belə Oğuldur…

Allah bütün təmənnasız, xeyirxah Vətən övladlarını, içində də özü balaca, amma qəlbi böyük olan Xəyalı qorusun, Yar və Yardımçısı olsun!

Allah daim imanla və inamla addımlığı yolunu, izini açıq-aydın etsin!

Milyon kərə Amin!

11:24

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə-PAYLAŞIM ETDİ

Read Next

“Nə özü “ata” deyə bildi, nə də özü “ata” sözünü eşidə bildi…”-ŞƏHİD ƏZƏMİ HÜSEYNOVUN BACISI ELNARƏ HÜSEYNOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir