Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda koronavirus pandemiyasının pik dövrünü yaşayırıq .Bakıda, Gəncədə xəstəxanalar dolub. Yer olmadığı üçün xəstələrin rayonlara göndərilməsi barədə məlumatlar var. Aydın məsələdir ki, yoluxanların sayı rəsmən elan olunandan qat-qat çoxdur. Çünki Azərbaycanda ucdantutma test keçirilmir. Yaxın həftələrdə vəziyyət bir qədər də pisləşə bilər. «Bu? bir oyundur»-nağıllarını durdurun.
Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
Qeyd edib ki, Bill Qeyts bu epidemiyadan heç nə qazanmır. Ümumiyyətlə, koronavirusa görə ən çox sərvət itirənlər dünyanın ən zəngin adamlarıdır.

“Hər şey gün kimi aydın olduğu indiki durumda daha filosofluq etməyin yeri yoxdur. Yaxınlarınızı düşünün, həyatları təhlükə altında, ağır vəziyyətdə işləməli olan həkimləri, tibbi personalı düşünün. Özünüzü, yaxınlarınızı qoruyun. Əl verib salamlaşmayın, öpüşüb-görüşməyin, maska taxın, əllərinizi tez-tez sabunla yuyun, başqaları ilə təmasları azaldın. İmkan daxilində evdə qalın. Heç bir xəstəlik eyib deyil. Özünüzdə hər hansı simptomlar hiss etdikdə bunu gizlətməyin. Dərhal hamıdan təcrid olunun, həkimə müraciət edin. Biz özümüzü qorumasaq, tanrı da bizi qorumayacaq”-deyə, o, əlavə edib.
19:55, 12 iyun
Etikxeber.az