Əlaqələrimizin genişləndirməsi üçün sahələrimiz çoxdur – MONZO – FOTO

Aprelin 29-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, Oqtay Əsədov son vaxtlar Azərbaycan-Argentina münasibətlərinin inkişaf etdiyini söyləyib.

Bildirib ki, Azərbaycan ilə Argentina arasında siyasi əlaqələr yaxşı səviyyədədir. Bu günə kimi ölkələrimiz arasında 25 sənəd imzalanıb, 9 sənəd isə imzalanma ərəfəsindədir.

Sədr qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq da inkişaf edir. Lakin bu sahədə əlaqələr daha da genişləndirilməlidir.

O, Azərbaycan–Argentina biznes-forumunu xatırladaraq bu cür tədbirlərin sayının artırılmasının zəruriliyini qeyd edib.

Görüşdə turizm sahəsində əlaqələrin inkişafının zəruriliyi də vurğulanıb.

Oqtay Əsədov deyib ki, Azərbaycan-Argentina parlamentlərarası əlaqələri yaxşı səviyyədədir. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir, qarşılıqlı səfərlər həyata keçirilir. O, Argentina Milli Konqresinin Deputatlar Palatasının sədrinin bu səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağına ümid etdiyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsindən söz açan sədr Argentinanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün minnətdarlığını bildirib.

monzo

Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.

O deyib ki, əlaqələrimizin genişləndirməsi üçün sahələrimiz çoxdur. Parlamentlərarası əlaqələrlə yanaşı, icra hakimiyyətləri səviyyəsində də əməkdaşlığı inkişaf etdirə bilərik.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Əliyev Buriç və Monzonu qəbul etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Qaradağ rayonuna elektrik enerjisinin verilişi dayandırılır – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir