Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Baş nazirin müavini Əli Əhmədov isə jurnalistlərə açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin səfərindən gözləntilər var:
“Onlar ədalətli qərar qəbul edilməsi üçün daha səylə çalışmalı, vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir”. Ancaq, o, təəssüflə qeyd edib ki, uzun illərdir, Minsk qrupunun fəaliyyət göstərməsinə baxmayaraq, hələ də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımı addımlar atılmayıb:
“Düzdür, müəyyən işlər görürlər, mən bunların işinə tamamilə ədalətsiz demək istəməzdim. Amma məsələnin həll olunması, bizim məcburi köçkünlərin həyatının yaxşılaşdırması üçün əsas işlər görülməyib. Torpaqlarımız işğaldan azad olmayıb, qaçqın və köçkünlər öz yurdlarına qayıtmayıb və s. Bizim onlardan gözlədiyimiz bundan ibarətdir. Bu yaxınlarda bəyanatlar səsləndiriblər. Amma əsas bəyanat ondan ibarət olmalıdır ki, bu problem həllini tapsın. Bu münaqişə həddindən çox uzandı, bunun uzanması da bir yandan insanlara qarşı ədalətsizliyin davam etməsi, digər tərəfdən isə regionda təhlükəsizliyə təhdidin artması deməkdir”.