Əli Əhmədov Cəlaloğlu və Hacıyevə etiraz etdi: RİSQLƏR YOXDUR

Ölkənin təhlükəsizliyini təhdid edə biləcək daxili risqlər yoxdur və bu yöndə səslənən fikirləri əsassız hesab edirəm.

Etikxeber.az xəbər verir ki, bunu İTV-də prezidentliyə namizədlərin ikinci teledebatında prezidentliyə namizəd, hazırki ölkə Prezidenti İlham Əliyevin vəkili Əli Əhmədov bildirib.

Qeyd edək ki, prezidentliyə namizədlərdən Hafiz Hacıyev və Sərdar Cəlaloğlu çıxışları zamanı ölkənin milli təhlükəsizliyini təhdid edən halların, qüvvələrin olduğunu, onların da daha çox hakimiyyətdə təmsil olunan və olunmuş bəzi şəxslərdən qaynaqlandığını bildiriblər. Xüsusilə, H. Hacıyev bir sıra yüksək çinli məmurlarla bağlı ittihamlar və sərt ifadələr səsləndirib.

Ə. Əhmədov isə prezidentliyə namizədlərin bu yöndəki fikirləri ilə heç cür razılaşmadığını deyib.

“Mən prezident İlham Əliyevin bütövlükdə komandası haqqında səslənən fikirləri də düzgün saymıram. Burada prezidentlə onun formalaşdırdığı komanda arasında ziddiyyətlər yaratmaq cəhdləri özünü göstərir…” -deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Zahid Orucdan Eldar Mahmudovla bağlı Zakir Qaralova SƏRT İTTİHAM(LAR)

Read Next

Bu da oldu- XİZƏK OTEL – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir