Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan dövlətinin həyata keçirdiyi karantin tədbirlərinin mahiyyətini siyasiləşdirmək olmaz.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
O, qeyd edib ki, hökumətin bu sahədə tutduğu mövqe istisnasız olaraq təqdirəlayiqdir və vətəndaş özünün, ailəsinin, ümumilikdə cəmiyyətin təhlükəsizliyi naminə bu tədbirlərə dəstək verməlidir.
“Bu, öz yerində.Lakin bir neçə gün öncə televiziyada çıxışımda da dediyim kimi, şəxsən mənim təmsil olunduğum Biləsuvar rayonunda günəmuzd işləyən, günlük əməyindən asılı olaraq evinə, ailəsinə çörək aparan şəxslər var. Karantin tədbirləri dövründə ilk dəstək göstərilməli təbəqə məhz onlardır. İnanıram ki, hökumət qısa zaman kəsiyində məsələyə dair tədbirlər planının icrasına başlayacaq. Əminliyim də onunla bağlıdır ki, cənab Prezident proseslərin ilk günündən iradəsini ortaya qoyaraq 1 milyard pul ayırıb.
İndi qalır Nazirlər Kabinetinin müəyyən mexanizm taparaq işlətməsi. Təbii ki, məsəni qısa müddətdə həll etmək asan iş deyil, lakin onu da anlayaq ki, evdə ac oturmaq da asan deyil. Ona görə də cənab Əli Əsədov başda olmaqla hökumət rəsmilərindən prosesi tezləşdirmələrini xahiş edirəm. Bu arada, bir daha vətəndaşlarımızı karantin tədbirlərinə əməl etməyə, dövlətin imkan və resurslarını lazımsız istiqamətdə xərcləməməyə, təxribatçı, fürsətdən siyasi məqsədlər üçün istifadə etməyə çalışanlara meydan verməyərək dövlətçiliyimizin müdafiəsi naminə dövlət başçısının ətrafında daha sıx birləşməyə çağırıram”-deyə, millət vəkili sözlərinə əlavə edib.

17:54, 28 mart
Etikxeber.az





