Əli Həsənov İlham Əliyevdən yazdı…

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, ölkəmiz dünyada sayı məhdud olan kosmik dövlətlər sırasına qoşulub.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənov Prezident İlham Əliyevin 15 illik hakimiyyət dövrünün yekunlarınına həsr olunmuş məqaləsində bu qlobal layihələrdən bəhs edir.

Məqalədə qeyd olunur ki, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilib. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb.

tanappp

Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdıran prezidentin köməkçisi yazır: “Təməli 2007-ci ildə qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olub. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər başa çatdırılıb. Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulduğunu qeyd edən Əli Həsənov xatırladır ki, 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, 2013-cü il ölkədə “İnformasiya Texnologiyaları İli” elan edilib. Həmin il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən “Azersky” peyki, bu ilin sentyabrında isə daha bir telekommunikasiya peyki – “Azerspace-2” orbitə çıxarılıb.

Etikxeber.az

Read Previous

Rüşvətxor, işgəncə verən nə vaxtdan vəkil olub? – YAP-ÇI DEPUTAT

Read Next

Dövlət rüsumlarının 50 faizi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir