Əli Həsənovla Ramiz Mehdiyev-KAFEDRA MÜDİRLİYİNƏ DƏ “ƏLVİDA” DEYİR…

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyası 6 kafedrada vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Etikxeber.az-ın xəbərinə görə, həmin kafedralar bunlardır:

  1. Politologya  və siyasi idarəetmə                      kafedra müdiri
  2. Dövlət qulluğu və kadr siyasəti                       kafedra müdiri
  3. Beynəlxalq münasibətlər və xarici siyasət      kafedra müdiri
  4. Dövlət idarəetməsi  və menecment                 kafedra müdiri
  5. Fəlsəfə və sosial psixologiya                            kafedra müdiri
  6. Dillər                                                                   kafedra müdiri

Müsabiqədə bu istiqamətlər üzrə elmlər doktoru  və fəlsəfə doktoru  elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, burada, bu elanda ilk baxışdan qeyri-adi görünəcək hansısa məsələ-məqam yoxdur.

Hər bir ali məktəbdə rast gəlinən, baş verən məsələ və ya məsələlərdir.

Amma…Məsələnin ilginc və maraqlı tərəfi odur ki, iki kafedranın rəhbəri ölkənin tanınmış, məşhur simalarıdır.

Biri Prezident Admninistrasiyasının (PA) sabiq rəhbəri, akademik, AMEA-nın prezidenti Ramiz Mehdiyev, digəri isə professor, Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdur.

R. Mehdiyev “Dövlət qulluğu və kadr siyasəti”, Ə. Həsənov isə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiridir.

Ə. Həsənov 2000-ci ildən, R. Mehdiyev isə 1990-ci illərdən kafedra müdiri vəzifəsini tutur.

Bir çoxları bunun təsadüf olmadığını, hakimiyyətin “gözündən düşmüş” həmin şəxslərlə tam “üzülüşmə” prosesinin tərkib hissə olduğunu bildirirlər.

Bu baxımdan, hər iki şəxsin təkrar kafedra müdirləri seçilməsi və ya namizədliklərini yenidən irəli sürməsi qəliz, çətin görünür.

Məsələni izləməkdə, oxucularımızı məlumatlandırmaqda davam edəcəyik.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əfv Komissiyasının yeni üzvü Zahid Orucdan vacib açıqlama: “YENİ ƏFV SİYAHISI PREZİDENTƏ TƏQDİM OLUNACAQ”

Read Next

“Əlilliyin təyin edilməsində ciddi problemlər var”-JALƏ ƏLİYEVA PARLAMENTDƏ NARAHATLIĞINI DİLƏ GƏTİRDİ VƏ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir