Əli Həsənovun-QUDASI SEÇKİLƏRƏ QATILDI – 5-Cİ DƏFƏ

Bitərəflərdən namizədliyini verənlər arasında millət vəkili Səttat Möhbalıyev də var.

Etikxeber.az-a daxil olan məlumata görə, 5-ci çağırış MM-in üzvü və 36 bitərəf deputatdan biri olan S. Möhbalıyev də yenidən öz dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, bir çox YAP-çılar onun seçkilərə qatılmayacağını, ailəsinə yaxın şəxslərdən birinin onunla əvəz olunacağını qeyd edirdilər.

Amma bu məlumat-proqnoz özünü doğrultmayıb, S. Möhbalıyev də yenidən öz dairəsindən namizədliyini irəli sürüb.

Eyni zamanda qeyd edək ki, Həmkarlar Konfederasiyasının (AHİK) prezidenti olan S. Möhbalıyev 5-ci dəfə seçkilərə qatılır, o, bugünədək 4 çağırış MM-in üzvü olub.

Həmçinin xatırladaq ki, S. Möhbalıyev Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun qudası, YAP Gənclər Birliyinin sədri Seymur Orucovun dayısıdır.

Etikxeber.az

Read Previous

Bələdiyyə seçkilərilə bağlı səsvermə başladı-MSK SƏDRİ ƏHALİNİ AKTİVLİYƏ SƏSLƏDİ – YENİLƏNİB – (1)

Read Next

İlham Əliyev və Mehriban Əliyeva – SƏS VERDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir