Əli Hüseynli, İlham Məmmədov və Azər Badamov da-İMZATOPLAMANI BAŞA VURDULAR…

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) namizədlikləri irəli sürülən daha 3 millət vəkili imza vərəqələrini müvafiq Dairə Seçki Komissiyalarına (DSK) təhvil veriblər.

Etikxeber.az-ın xəbərinə görə, bunlar 5-ci dəfə seçkilərə qatılan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü, ixtisasca həkim olan və 4-cü dəfə seçkilərə qatılan YAP-ın Yevlax şəhər təşkilatının sədri İlham Məmmədov və Regional məsələrlər, həmçinin, Gənclər və idman komitələrinin üzvü, 3-cü dəfə seçkilərə qatılan Azər Badamovdur.

Ə. Hüseynli  49 saylı Yevlax-Mingəçevir, İ. Məmmədov 48 saylı Yevlax, A. Badamov isə 51 saylı DSK-ya imza vərəqələrini qaytarıblar.

İ. Məmmədov yaxın günlərdə onunla və Ə. Hüseynli ilə bağlı adıçəkilən DSK-larda qərar qəbul ediləcəyini deyib.

A. Badamov isə sabah, yanvarın 4-də  51 saylı DSK-da onuna bağlı məsələyə baxılacağını və qərar veriləcəyini qeyd edib.

Qeyd edək ki, YAP-dan hələlik bir nəfər deputatın-90 saylı Ağdaş seçki dairəsindən ikinci dəfə seçkilərə qatılan Cavid Osmanovun deputatlığa namizədliyi qeydə alınıb.

Etikxeber.az

Read Previous

Musa Qasımlı deputatlığa namizəd oldu-3-CÜ DƏFƏ MÜBARİZƏ APARACAQ

Read Next

Fəzail Ağamalının müşaviri-TANINMIŞ JURNALİST İMZATOPLAMANI BİTİRDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir