Əli İnsanov barəsində həbs qərarından apellyasiya şikayəti verilidi

Sabiq səhiyyə naziri Əli İnsanovun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Etikxeber.az bildirir ki, vəkil Ağaveyis Şahverdinin APA-ya verdiyi məlumata görə, apellyasiya şikayəti məhkəməyə təqdim edilib. Şikayətdə qərarın ləğvi istənilib.

Qeyd edək ki, oktyabrın 11-də Qaradağ rayon Məhkəməsinin qərarı ilə Ə. İnsanovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu onun barəsində başlanılan cinayət işi ilə bağlıdır. Apellyasiya şikayəti həmin qərardan verilib.

Bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (atış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Qeyd edək ki, Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddətinin başa çatmasına az qalmışdı.

Etikxeber.az

Read Previous

Kassalardan biletlərin satışı aradan qaldırılacaq – Satışlar onlayn və “ASAN xidmət” vasitəsilə baş tutacaq

Read Next

Müstəqilliyin bərpasının 25-ci ildönümü münasibətilə ABŞ-da poçt markası buraxılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir