“Əli Kərimlinin həbsinin neftin qiymətində kəskin artıma səbəb olacağına zərrə qədər də şübhəm yoxdur…”-SABİQ DEPUTAT

Azərbaycan hökuməti çox düşündü, çox daşındı və sonunda, koronavirusla mübarizənin ən effektiv yolunun Əli Kərimlinin internetini kəsmək olduğu qənaətinə gəldi. Artıq üçüncü gündür ki, müxalifət liderinin internet, telefon- bütün kommunikasiya imkanları qapadılıb.Müdrik addımdır.

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli deyib.

“Məhz bu yolla karantin müddətində evində oturub dövlətdən bütün başqa ölkələrin etdiyi kimi dəstək gözləyən milyonlarla ac insanı doyurmaq, iqtisaiyyatı iflasdan xilas etmək, manatın kursunu sabit saxlamaq, neftin qiymətinin kəskin azalması fonunda yaranan itkiləri kompensasiya etmək mümkün olacaq. Əli Kərimlinin həbsinin neftin qiymətində kəskin artıma səbəb olacağına zərrə qədər də şübhəm yoxdur. Hökumətdən artıq tarixi zərurətə çevrilmiş bu addım barədə düşünməsini xahiş edirəm. Millətimiz və dövlətimiz üçün xeyirli-uğurlu olsun!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“İş yalnız seçicilərin müraciətlərindən ibarət deyil, deputat üçün seçici ilə iş aysberqin yalnız görünən hissəsidir…”-MİLLƏT VƏKİLİ – FOTO

Read Next

Daha 56 nəfər koronavirusa yoluxdu, 53 nəfər isə sağaldı-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir