Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov barəsində seçilmiş həbs qətimkan tədbirinin və istintaqın müddətinin uzadılması barədə təqdimata baxılıb.
Etikxeber.az-ın məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə F. Əmirov barəsində seçilmiş həbs qətimkan tədbiri və istintaqın müddətini 3 ay uzadılıb.
Qeyd edək ki, F. Əmirov Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilir.
F. Əmirov barəsində həbs qətimkan tədbiri ilk dəfə ötən il avqustun 22-də Nəsimi rayon Məhkəməsi tərəfindən seçilib. Sonradan həmin müddət artırılıb.
Etikxeber.az