“Əli və Nino” tamaşası təqdim olunacaq

Yanvarın 25-də “YARAT” Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Özün üçün teatrı kəşf et” layihəsi çərçivəsində gənc tələbələrdən ibarət yaradıcı qrupun hazırladığı “Əli və Nino” tamaşası təqdim olunacaq.

Etikxeber.az xəbər verir ki, layihə Bakıda yaşayan və fəaliyyət göstərən bütün gənclərə ünvanlanıb. Layihə teatr tamaşaları vasitəsilə Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməklə, gənclərimizi daha da dərindən maarifləndirmək və onlara tariximizi sevdirmək məqsədi daşıyır.

Rus dilində nümayiş olunacaq səhnə əsərinə hər kəs baxa bilər.

Etikxeber.az

Read Previous

Putin Almaniyaya səfərdən imtina etdi?!

Read Next

Bakı və Zaqatalada yanğın olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir