Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlament komitəsi ilə nazirlik iki qanunun icrasını birgə müzakirə edəcək
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazairliyinin birgə ictimai dinləmələr təşkil etməsi nəzərdə tutulur.
Etikxeber.az-ın MM-dən əldə etdiyi məlumata görə, dinləmələrin parlamentin qarşıdan gələn 2018-ci il payız sessiyası ərəfəsində, senyabr ayında keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, dinləmələrin keçirilməsi təşəbbüsü parlamentin müvafiq komitəsindən gəlib və nazirlikdən bununla bağlı ilkin razılıq verilib.
Dinləmələrin keçirilməsində də məqsəd əlilliyin müəyyənləşdirilməsində üzə çıxan və cəmiyyəti narahat edən problemlərin, o cümlədən, ünvanlı sosial yardımların verilməsi prosedurundakı çatışmazlıqların birgə müzakirə olunmasıdır.
Bildirilir ki, hər iki məsələ ilə bağlı müzakirələrin, dinləmələrin yekunu olaraq, qanunverciliyin koordinasiyalı şəkildə təkmilləşdirilməsi yönündə də addımların atılması gözlənilir.
Yəni, hər iki qanunun yeniləndirilməsi nəzərdə tutulur.
Etikxeber.az





