“Əlilliyin təyin edilməsində ciddi problemlər var”-JALƏ ƏLİYEVA PARLAMENTDƏ NARAHATLIĞINI DİLƏ GƏTİRDİ VƏ…-FOTOLAR

Əlilliyin təyin edilməsi sahəsində ciddi problemlər var.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili, professor Jalə Əliyeva bildirib.

J. Əliyeva deyib ki, vətəndaş müraciət etsə də, ona sənədlərin natamam olduğu barədə cavab gəlir.

“Mənə müraciət edən seçicilərin demək olar ki, hamısında belə problem yaranır. Vətəndaş TƏBİB-lə rayon, Bakı və rayon arasında qalır. Bu hallar aradan qaldırılmalı, vətəndaşlar dövlətdən narazı salınmamalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Qeyd edək ki, millət vəkilinin fikirləri həmkarları tərəfindən də dəstəklənib.

Millət vəkillərindən Arzu Nağıyevlə Əziz Ələkbərli də bu məsələyə toxunub, öz narahatlıqlarını ifadə ediblər.

Eyni zamanda, komitənin sədr müavini Məlahət İbrahimqızı həmkarının qaldırdığı məsələdən danışıb, hətta ona istinad edib.

Həmçinin, qeyd edək ki, J. Əliyeva çıxışında qaldırdığı məsələyə bir gün öncə-özünün “Facebook” səhifəsində, seçiciləri ilə növbəti görüşünə həsr etdiyi paylaşımında da toxunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əli Həsənovla Ramiz Mehdiyev-KAFEDRA MÜDİRLİYİNƏ DƏ “ƏLVİDA” DEYİR…

Read Next

Musa Quliyevin “komitəsi”-PAYIZ SESSİYASI İLƏ BAĞLI İLK İCLASINA TOPLAŞDI, KOMİTƏ SƏDRİ BİR SIRA VACİB MƏSƏLƏLƏRƏ TOXUNDU…- YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir