Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əlilliyin təyin olunması ilə bağlı Azərbaycan üzrə yeni meyarlar hazırlanıb.
Etikxeber.az məlumat verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, bu meyarlar əsasında müvafiq qanun layihəsi hazırlanıb:
“Yaxın vaxtlarda bu layihə Milli Məclisə təqdim ediləcək. Bunun üçün bizə yeni donorlar lazımdır. Çünki Azərbaycanda heç bir həkim əlilliyin beynəlxalq sahədəki meyarlarla təsnifatlaşdırılmasını bilmir”.
Nazirin qeyd etdiyinə görə, hazırda əlillik elə bir mexanizm ilə müəyyən edilir ki, heç onu Əmək və Əhalinin Sosial Nazirliyi görmür:
“Həkimlərin müayinəsi əsasında elektron məlumat nazirliyə daxil olur. Biz bu məlumata əsasən əliliyi ya təsdiq edir, ya da etmirik”.
Etikxeber.az