Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanlı Azərbaycanda yaşayan deməkdir. Etnik mənsubiyyətimizdən asılı olmayaraq hamımız azərbaycanlıyıq. Bu gün Azərbaycanda hər etnik qrup öz adı ilə adlanır. Lakin türklər istisna olaraq azərbaycanlı adını daşıyır. Bu da düzgün deyil.
Etikxeber.az xəbər verir ki, bunu SOCAR-ın (ARDNŞ) keçmiş prezidenti, tanınmış ekspert Sabit Bağırov deyib.
O, qeyd edib ki, türklər sanki diskriminasiya olunmuş etnik qrupdur.
“Bu, Stalin siyasətinin nəticəsidir.
30-cu illərin ortalarından-deyilənə görə 1937-ci ildən- Şimali Azərbaycanda yaşayan türkləri azərbaycanlı adlandırdılar.
O zaman ciddi müqavimət olmadı.
O quldur rejimində mümkün deyildi.
İndi isə ölkəmiz müstəqildir. Tarixi ədaləti bərpa etmək mümkündür.
Əlimizdən gələni edib adımızı qaytarmalıyıq!”-deyə, S. Bağırov sözlərinə əlavə edib.
Etikxeber.az