Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Gəncədə bir caninin (motiv nə olur olsun, insanın həyatını çalan adam canidir, qatildir!) müdafiəsinə qalxan, onu qəhraman kimi qələmə verən, hələ neçə gün əvvəl planlaşdırılan etiraz aksiyasının gününü və vaxtını tirajlayanlar!
Əlinizi olmayan vicdanınızın üstünə qoyub sevinin: Gəncədə günahsız iki qardaşımızın qanı töküldü, iki ailə başsız. övladlar atasız qaldı! Şəhərə nə qədər maddi zayan dəydi,insanlar mənəvi əziyyət çəkdi, qaraguruh kütlənin içindədəki canilər polis işçilərinə hər kəsin gözü qarşısında zopalarla, taxta parçaları ilə, daşla saldırdılar.
Bu GƏNCƏLİLƏRİN GÖZÜ QARŞISINDA BAŞ VERDİ! QADINLARIN, UŞAQARIN, YAŞLI İNSANLARIN, XARİCİ QONAQLARIN gözü qarşısında oldu bunlar!
Mən heç kəsi müdafiə etmirəm, ancaq sadəcə bildiyim bir şey var: deyək ki,icra başçısını istəmirsiniz,onun işi, əməlləri sizi qane eləmir! Bu insan, vətəndaş kimi sizin haqqınızdır. Ancaq ölkədə belə olmayan, sağlıq durumu barədə kifayət qədər informasiya verilməyən bir adamın intiqamını başqalarından niyə alırsınız?
Niyə düşmən sevındirirsiniz, niyə ölkədə sabitliyi pozmağa can atırsınız? Bizim bütün problemimiz, dərd-sərimiz məgər bir icra başçısı iləmi bağlıdır? Bu cür “əzmkarlığı, həmrəyliyi, qoçaqlığı” torpaqlarımız işğal olunanda niyə göstərmirdiniz?

Dünyanın bütün sivil ölkələrində etiraz mitinqləri keçirilir, insanlar sosial sorumluluqlarının çözüm yolunu dinc toplantılarda axtarırlar. Şüarlar söyləyir, əl-ələ, çiyin-çiyinə verib addımlayırlar, mahnı oxuyurlar.
Onların heç biri mitinqə bıçaqla, tapança ilə gəlmir, öz həmşəhərlisinin, öz qardaşının qanına susamır.
Gəncə və gəncəlilər adına çox üzüldüm. Bu şəhərdə o qaraguruh tolpa!!!-nın (belələri insan ola bilməz, ancaq beyinsiz kütlə ola bilər) qarşısına çıxıb cavanları sakitləşdirən ağsaqqalların olmamasına üzüldüm!
P.S: Naşı jurnalistlər, bəlkə də xüsusi təlimatla ora göndərilən “reportyorlar”!
Hadisə baş verən yerdən ən azı 200 metr uzaqda dayanıb yalandan “deyirlər iki polkovnik öldürüldü!”, “ay aman polislər mənim də gözümə bibər qazı sıxdılar, gözüm yanır, nəfəsim kəsilir!” -deyənər,,bu jurnalistika deyil!
Bu insanların əsəbi ilə oynamaqdır, bu özünüreklamdır!
Belə həssas məqamlarda meydana professionallar göndərin, cənab sayt və internet tv-i sahibləri!
Bu torpağı, bu milləti sevənləri, peşəsinə hörmət edənləri hadisə yerində belə reportaj verməzlər, verə bilməzlər!!!
Telli PƏHAHQIZI
Etikxeber.az





