Əliyev Alvini təbrik etdi

Ölkə prezidenti İlham Əliyev  Pakistan İslam Respublikasının yeni seçilmiş prezidenti Arif Alviyə təbrik göndərib.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Alvi,

Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Pakistan münasibətləri xoş ənənələrə malikdir. Qardaş xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu ənənələri bariz şəkildə ifadə edir.

alvi

İnanıram ki, strateji tərəfdaşlığımızın qorunub saxlanması və daha da möhkəmləndirilməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Etikxeber.az

Read Previous

Tramp BMT Təhlükəsizlik Şurasının İran mövzusunda iclasına sədrlik edəcək

Read Next

MEİS yaradılır – FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir