“Bu görüşlər dünyada Azərbaycanla əməkdaşlığa olan marağın göstəricisidir” – Əliyev Amerika Yəhudi Komitəsinin prezidentini qəbul etdi – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Görüşdə Azərbaycanda iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparıldı, bu islahatların yaxından izlənildiyi qeyd olundu.

Azərbaycan Respublikası Prezidentinin Davosda səmərəli görüşlər keçirdiyi vurğulanaraq, bu görüşlərin dünyada Azərbaycanla əməkdaşlığa olan marağın göstəricisi kimi dəyərləndirildi.

Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrə toxunuldu, bu əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi, Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da davam etdirilcəyi əminliklə qeyd olundu.

Daha sonra Azərbaycan-İsrail əlaqələrindən danışıldı, əlaqələrimizin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu bildirildi, İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə səfərinin bu əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Sonda xatirə şəkli çəkdirildi.

Etikxeber.az

Read Previous

1215,4 milyon manatlıq ictimai iaşə xidməti göstərilib?

Read Next

İrandan Trampa cavab gəldi: Bu addım bütün İslam dünyası üçün açıq təhqirdir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0