“Azərbaycan müxtəlif ölkələr arasında konsensusun tapılması və həmrəyliyin əldə olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək”-Əliyev Antonio Quterreşlə-BİR ARADA – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, BMT Baş katibi Azərbaycanın COP29-a sədrliyinə görə təbriklərini çatdırdı və bununla bağlı uğurlar arzuladı.

Antonio Quterreş BMT Katibliyi ilə Azərbaycan nümayəndə heyətinin yaxından əməkdaşlıq etdiyini vurğulayaraq, ölkəmizin sədrliyinin uğurla aparılması üçün BMT-nin hər cür dəstək göstərməyə hazır olduğunu dedi.

Baş katib COP çərçivəsində G20-nin tədbirində və COP-un bağlanış mərasimində də iştirak edəcəyini bildirdi.

Söhbət zamanı builki COP-un gündəliyində maliyyə hədəfləri mövzusunun olduğu qeyd edildi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müxtəlif ölkələr arasında konsensusun tapılması və həmrəyliyin əldə olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Görüşdə qlobal iqlim dəyişmələri mövzusunun əhəmiyyəti vurğulandı, “Gələcəyin Sammiti”nin və BMT-nin digər sənədlərində də iqlim dəyişmələri mövzusunun xüsusi prioritet məsələlərdən olduğu bildirildi.

Etikxeber.az

Read Previous

“Azərbaycan Ermənistanı COP29-a dəvət edib və bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır…”-İLHAM ƏLİYEV DAHA 6 DÖVLƏTİN PREZİDENTİ VƏ BAŞ NAZİRİNİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

12 Noyabr – Azərbaycan Respublikasının-KONSTİTUSİYA GÜNÜDÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir